Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdaş rayonunun Ləki kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.08.2009

Saat 14.00 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində, Mingəçevir şəhər sakini Vüsal Yüsifovun idarə etdiyi "KamAZ" markalı və Bakı şəhər sakini Teyyub Məmmədzadənin idarə etdiyi "Toyota" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış T.Məmmədzadə və sərnişinləri Gülnarə Sadıqova, Firəngiz Hüseynova və Namiq Bəşirov xəstəxanaya yerləşdirilmişlər. G.Sadıqova  orada ölmüşdür. Ağdaş RPŞ tərəfindən araşdırmalar aparılır.