Bakı şəhər sakini Ramin Vəliyev elektrik mişarı ilə işləyərkən ayağından xəsarət alması nəticəsində ölmüşdür
07.08.2009 Avqustun 8-də Abşeron rayonu ərazisində inşa olunan Gənclər Şəhərciyində orada işləyən Bakı şəhər sakini Ramin Vəliyev elektrik mişarı ilə ehtiyatsız davrandığından ayağından xəsarət almışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Vəliyev orada ölmüşdür.