Nəsimi rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 33 nəfər saxlanılmışdır
05.08.2009 Nəsimi RPİ Post Patrul Xidməti Bölməsinin əməkdaşları ərazidə avaraçılıq və dilənçiliklə məşğul olan 33 nəfəri (onlardan 2-si kişi, 9-u qadın, 22-si isə azyaşlılar olmuşlar) saxlanılmış və BBPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilmişlər.