Bakı şəhər sakini K.Şükürovun Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə saxta sənədlər təqdim etməklə F.Useynova məxsus bağ sahəsini A.Cavadovun adına sənədləşdirməsi faktı ilə əlaqədar cinayət işi başlanmışdır
02.08.2009 Cari ilin may ayında Bakı şəhər sakini Kamil Şükürov Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə saxta sənədlər təqdim etməklə Mərdəkan qəsəbəsində həmyerlisi Firuz Useynova məxsus bağ sahəsini Asif Cavadovun adına sənədləşdirmişdir. Faktla əlaqədar 17.07.09 tarixdə Əzizbəyov RPİ-yə rayon məhkəməsindən məlumat daxil olmuş, 01.08.09 tarixdə cinayət işi başlanmışdır.