Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İyulun 5-nə keçən gecə N.Həsənov və S.Yusibovla birgə Gəncə şəhər sakini K.Məmmədova məxsus müəssisənin anbarından oğurluq etmiş K.Müqəddimi də tutulmuşdur

02.08.2009

İyulun 5-nə keçən gecə Gəncə şəhəri ərazisində, şəhər sakini Kərəm Məmmədova məxsus "Elşən" MMC-nin anbarından qıfılı sındırmaq yolu ilə seyfdən 5.600 manat və danışıq kartları oğurlanmışdır. İyulun 31-də Gəncə ŞPİ və Kəpəz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Gəncə şəhər sakini Namiq Həsənov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Yusibov tutulmuş, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Müqəddimi isə müəyyən edilmişdi.

Nərimanov RPİ və Kəpəz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan Müqəddimi tutulmuşdur. Onun Bakı şəhərində kirayədə yaşadığı evə baxış zamanı cinayətdə istifadə etdiyi 4 ədəd maska, çoxlu sayda rezin əlcək və digər əşyalar aşkar edilərək götürülmüşdür. K.Müqəddiminin, S.Yusibovun, N.Həsənovun iyunun 25-də Mingəçevir şəhər sakini Məhəmməd Musayevlə birgə Samir Mürsəlova məxsus firmadan quldurluq etmələri müəyyən edilmişdir.

02.08.2009 tarixinə olan kriminal məlumatlar