Suraxanı qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla 2 piyada vurulmuşdur
01.08.2009 Saat 21.30 radələrində Suraxanı qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla Gürcüstan vətəndaşları Başxanım İsmayılova və onun qızı Turanə vurulmuşdur. Nəticədə Turanə hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.