Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu Nardaran bağlar yaşayış sahəsində yol-nəqliyyat hadisəsi

31.07.2009

Saat 20.00 radələrində Sabunçu rayonu Nardaran bağlar yaşayış sahəsində Bakı şəhər sakini Tahir Qurbanovun idarə etdiyi "Nissan" markalı və Nardaran qəsəbə sakini İmran Ələkbərovun idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə İ.Ələkbərovun qızı Seyidxanım hadisə yerində ölmüş, xəsarət almış hər iki sürücüyə və İ.Ələkbərovun sərnişinləri, arvadı Səidəyə, onun qızları Xoşqədəmə, Zəhraya və Zeynəbə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

31.07.2009 tarixinə olan kriminal məlumatlar