Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonunun Suvagül kəndi ərazisində yol-nəqliyyat hadisəsi

31.07.2009

İyulun 31-də Zaqatala rayonunun Suvagül kəndi ərazisində, kənd sakini Mahir Tahirov "Mercedes-190" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət almış M.Tahirova və sərnişini, həmyerlisi Namiq Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Zaqatala RPŞ tərəfindən araşdırmalar aparılır.

31.07.2009 tarixinə olan kriminal məlumatlar