Kəpəz rayonu ərazisində Gəncə şəhər sakini A.Baratpur avtomaşını idarə edərkən 3 piyadanı vurmuşdur
30.07.2009 Saat 21.00 radələrində Kəpəz rayonundakı Azərbaycan küçəsində Gəncə şəhər sakini Azad Baratpur "VAZ-2105" markalı avtomaşını idarə edərkən həmyerliləri Ramiz Əliyevi, Firuzə Qurbanovanı və Aydın Qurbanovu vurmuşdur. Nəticədə xəsarət almış R.Əliyev, F.Qurbanova və A.Qurbanov xəstəxanaya yerləşdirilmişlər. R.Əliyev orada ölmüşdür. Kəpəz RPŞ tərəfindən araşdırmalar aparılır.