DİN-in "102" zəng mərkəzinə yalan məlumatın Binə qəsəbə sakini N.Cəfərova tərəfindən ötürülməsi müəyyən edilmişdir
27.07.2009 Saat 22.00 radələrində naməlum şəxs mobil telefondan DİN-in "102" zəng mərkəzinə zəng edərək xəstəxanaya bomba qoyulması barədə məlumat vermişdir. Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı telefonun Binə qəsəbə sakini Vaqif Cəfərova məxsus olması və məlumatın onun oğlu, 2000-ci il təvəllüdlü Nəsir tərəfindən ötürülməsi müəyyən edilmişdir. Araşdırmalar aparılır.