Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləcəri qəsəbəsi Natəvan küçəsində yol-nəqliyyat hadisəsi

28.07.2009

İyulun 29-da saat 00.05 radələrində Biləcəri qəsəbəsi Natəvan küçəsində qəsəbə sakini Rahim Mahmudovun idarə etdiyi "BMW" markalı və Bayıl qəsəbə sakini Asif Hacıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə A.Hacıyevin sərnişini, 40-45 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış hər iki sürücüyə və R.mahmudovun sərnişini, Biləcəri qəsəbə sakini Orxan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.

28.07.2009 tarixinə olan kriminal məlumatlar