Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qax rayonunun Kötüklü kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.07.2009

Saat 15.00 radələrində Qax rayonunun Kötüklü kəndi ərazisində Qaratala kənd sakinləri Məzahir Rəsulovun idarə etdiyi "VAZ-2109" markalı və Zakir Musayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü, M.Rəsulovun sərnişinləri, həmyerliləri Xəyyam Məmmədov, Ramil Əliyev, İsrail Əliyev, habelə Z.Musayevin sərnişinləri, həmkəndliləri Tünzalə Musayeva, Leyla Abdullayeva, Abdulkərim Məmmədov və Rəsul Musazadə  xəstəxanaya yerləşdirilmişlər. R.Musazadə orada ölmüşdür. Qax RPŞ tərəfindən araşdırmalar aparılır.

27.07.2009 tarixinə olan kriminal məlumatlar