İyulun 23-də Nəsimi rayon sakini İ.Əliyevanı qətlə yetirmiş Bayıl qəsəbə sakini M.Nəcəfov tutulmuşdur
26.07.2009 İyulun 23-də Nəsimi rayonu Bülbül prospektində, həmin prospekt ev 40 mənzil 24-də yaşayan İnarə Əliyevanın baş nahiyəsində xəsarəti olan meyiti tapılmışdır. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əliyevanı qətlə yetirmiş Bayıl qəsəbə sakini Mehdi Nəcəfov tutulmuşdur.