Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüşdür
26.07.2009 İyulun 25-də Xətai rayonu G.Şıxlinski küçəsində Bakı şəhər sakini Fərid Musayev "VAZ-21012" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə xəsarət almış F.Musayev və sərnişini, Bakı şəhər sakini Könül Məmmədova xəstəxanaya yerləşdirilmişlər. F.Musayev orada ölmüşdür. Araşdırmalar aparılır.