Nizami rayonu Şərq küçəsində su borusu çəkilərkən baş vermiş torpaq sürüşməsindən üç nəfər ölmüşdür
25.07.2009 Saat 14.20 radələrində Nizami rayonu Şərq küçəsində "Kibriya TS" MMC tərəfindən su borusu çəkilərkən, uzunluğu 30 metr, eni 3 metr və dərinliyi 9 metr olan xəndəkdə torpaq sürüşməsi baş vermişdir. Nəticədə oranın işçiləri, Abşeron rayon sakini İlqar Əliyev, Bakı şəhər sakini Abdullaget Abdulağayev və Sumqayıt şəhər sakini Əlicəfər Cahangirov torpağın altında qalaraq ölmüşlər. Xilasetmə işləri aparılarkən Fövqəladə Hallar Nazirliyinin xilasedicisi, Sumqayıt şəhər sakini Bəxtiyar Nəbiyev xəsarət aldığından xəstəxanaya yerləşdirilmişdir. İ.Əliyevin, A.Abdulağayevin və Ə.Cahangirovun meyitləri torpaq altından çıxarılmışdır. Araşdırmalar aparılır.