Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

08.01.2006

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Məmmədovdan 6,29 qram marixuana, Əzizbəyov RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Şamil Satdinovdan 8,53 qram marixuana, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Sabir Allahverdiyevdən 9,043 qram marixuana, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Vüsal Əlifovdan 1,67 qram həşiş, Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini Murad Dadaşovdan 1,037 qram heroin götürülmüşdür.