Veysəl Quliyev adlı şəxsin bir qrup Bakı şəhər sakinlərinin etimadlarını qazanaraq onlardan böyük məbləğdə pul alması faktı ilə əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır
23.07.2009 2004 və 2007-ci illər ərzində Veysəl Quliyev adlı şəxs Bakı şəhər sakinləri Rafail Tahirovun, Pərviz Mustafayevin və Çingiz Bayramovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 12.000, 104.000 dollar və 17.000 manat almışdır. Faktla əlaqədar 24.07.09 tarixdə Səbail RPİ 8-ci PB-yə ərizə ilə müraciət olunmuşdur. Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.