Culfa RPŞ-nin rəisi Asif Quluyevə məxsus evində yanğın baş vermişdir
08.01.2006Saat 04:50 radələrində, Naxçıvan şəhərində Xətai məhəlləsində yaşayan Culfa RPŞ-nin rəisi Asif Quluyevə məxsus 2 mərtəbəli fərdi evin 2-ci mərtəbəsində "Ayqaz" tipli qızdırıcıdan yanğın baş vermişdir. Nəticədə evin yanar hissələri və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra A.Quluyevin, arvadı Nazilənin, qızları Rasimənin, İlahənin və qonağı, Bakı şəhər sakini Faiq İmanquluyevin yanmış meyitləri tapılmışdır.