Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.07.2009

Saat 16.30 radələrində Qaradağ rayonu ərazisində Qobustan rayon sakini Denis Həmzəyevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini İbrahim İbrahimovun idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə D.Həmzəyevin sərnişini, Qobustan rayon sakini Zemfira Məmmədova hadisə yerində ölmüş, xəsarət almış D.Həmzəyev və digər sərnişini, Qobustan rayon sakini Rövşən Nuhov isə xəstəxanaya yerləşdirilmişlər. R.Nuhov orada ölmüşdür. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.

20.07.2009 tarixinə olan kriminal məlumatlar