Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi qəsəbə sakini Oktay Teymurovun evindən oğurluq etmiş Mahir Həsənov tutulmuşdur

20.07.2009

İyulun 12-dən 13-dək olan müddətdə Binəqədi qəsəbə sakini Oktay Teymurovun evindən pəncərədən girmək yolu ilə 315 manat, 3 ədəd mobil telefon və qızıl əşyaları oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Mahir Həsənov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may, iyun və iyul aylarında müxtəlif vaxtlarda İ.Səfərovun, R.Hüseynovun, R.Ağayarovun, C.Şıxəliyevin, habelə iyul ayının 4-də və 12-də Binənqədi qəsəbə sakinləri Zəkram Tağıyevanın və Baba Şükürovun evlərindən oğurluq etməsi müəyyən edilmişdir.

20.07.2009 tarixinə olan kriminal məlumatlar