Bayıl qəsəbə sakini Ülviyyə Cəfərovanı bıçaqla hədələyərək pul verməsini tələb etmiş Amil İsmayılov tutulmuşdur
19.07.2009 İyulun 18-də saat 21.00 radələrində Səbail rayonu Neftçilər prospektində Bayıl qəsəbə sakini Amil İsmayılov həmyerlisi Ülviyyə Cəfərovanı bıçaqla hədələyərək pul verməsini tələb etmişdir. Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsmayılov tutulmuşdur. RPİ tərəfindən araşdırmalar aparılır.