"112" xidmətinə zəng edərək yalan məlumat vermiş Sakit Allahverdiyev saxlanılmışdır
19.07.2009
Saat 15.00 radələrində "112" xidmətinin növbətçisi DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə zəng edərək naməlum şəxsin Azadlıq prospekti 33-də yerləşən taksafondan "112" xidmətinə zəng edərək Bakı şəhərinə qaraçılar tərəfindən bomba qoyulması barədə məlumat verməsini bildirmişdir. Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır.
Görülmüş tədbirlər nəticəsində yalan məlumatın A.S.Gəyraybəyli küçəsindəki 3 saylı yataqxanada yaşayan ruhi xəstə Sakit Allahverdiyev tərəfindən verilməsi müəyyən edilmişdir. S.Allahverdiyev saxlanılmışdır.