Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İyulun 18-də Bakı şəhər sakini İnqa Qəhrəmanovaya qarşı zor tətbiq edərək avtomaşınını ondan almış Bakı şəhər sakinləri Xəyal Abbasov və Vüqar Zeynalov tutulmuşlar

18.07.2009

İyulun 18-də saat 22.00 radələrində Vüqar və Xəyal adlı şəxslər Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində Bakı şəhər sakini İnqa Qəhrəmanovaya qarşı zor tətbiq edərək "Nissan-Tida" markalı avtomaşınını ondan almışlar. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Xəyal Abbasov və əvvəllər məhkum olunmuş Vüqar Zeynalov tutulmuş, avtomaşın G.Mehmandarov küçəsi ev 28 "A"-nın qarşısında tapılmışdır. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.

18.07.2009 tarixinə olan kriminal məlumatlar