Quba rayonunun Qımıl Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.07.2009 Saat 11.00 radələrində Quba rayonunun Qımıl Qazma kəndi ərazisində rayon sakini Əli Hüseynov "QAZel" markalı avtomaşını idarə edərkən onu kənd sakini Qızılgül Rəhimovanın həyətinin hasarına vurmuşdur. Nəticədə Ə.Hüseynovun xəsarət almış sərnişinlərindən Quba rayon sakinləri Nizami Məmmədov və Kənan Babayev xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış Ə.Hüseynov və digər sərnişinləri, həmyerliləri Şahin Məmmədov, onun qardaşları Elxan və Xalid, Səfa Dadaşov, onun qardaşları Orxan, Sərxan və onun bacısı Türkan, Faiq Hüseynov, Anar Məmmədov, Ülviyyə Məmmədova, onun bacısı Zülfiyə, Tərlan Məmmədov, onun bacısı Güllü, Xaçmaz rayon sakini Kənan İsabəyov və Rusiya Federasiyası vətəndaşı Elxan Bayramov xəstəxanaya yerləşdirilmişlər. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.