Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Özlərini polis əməkdaşları kimi təqdim edərək Zəngilan rayon sakini Röyal Gülüşova və onun arvadına qarşı zor tətbiq etməklə mobil telefon və 380 manatlarını almış şəxslər tutulmuşlar

17.07.2009

İyulun 18-də saat 01.00 radələrində Sulutəpə qəsəbəsi ərazisində "VAZ-2107" markalı avtomaşında olan 4 naməlum şəxs özlərini polis əməkdaşları kimi təqdim edərək Zəngilan rayon sakini Röyal Gülüşova və onun arvadı Ayselə qarşı zor tətbiq edərək mobil telefon və 380 manatlarını almışlar. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xocəsən qəsəbə sakinləri Ramiz Dövlətov, Dəyanət Hacıağayev, Mahmud Abasquliyev və Vahid Əliyev tutulmuşlar.

17.07.2009 tarixinə olan kriminal məlumatlar