Şəmkir rayon sakini Tamilla İsgəndərovanı qətlə yetirmiş Elbrus Bayramov tutulmuşdur
17.07.2009
İyulun 10-da Şəmkir rayonunun Düyərli kəndində, kənd sakini Tamilla İsgəndərovaya məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra T.İsgəndərovanın tüstüdən boğulmuş meyiti tapılmışdır.
DİN Baş Cinayət-Axtarış İdarəsi, Şəmkir RPŞ və Şəmkir rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tamilla İsgəndərovanı qətlə yetirmiş Düyərli kənd sakini Elbrus Bayramov tutulmuşdur.