Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Beyləqan rayon sakini Rahib Quliyev və Masazır qəsəbə sakini Vüsal Ağakişiyev tutulmuşdur

13.07.2009

İyulun 14-də Sabunçu rayonu Şəhər Şossesi küçəsində yaşayanlar Məmmədtağı Qasımovun evindən 1 ədəd mobil telefon, 500 manat və qızıl əşyaları, Amil Şükürovun evindən isə 1 ədəd mobil telefon oğurlanmışdır. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətmiş Beyləqan rayon sakini Rahib Quliyev tutulmuşdur.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da M.Behbudova məxsus mağazadan oğurluq etmiş Masazır qəsəbə sakini Vüsal Ağakişiyev tutulmuşdur.

13.07.2009 tarixinə olan kriminal məlumatlar