Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 27 cinayət faktı qeydə alınmışdır

11.07.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 5 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır.     
  • 7 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.