Beyləqan rayon sakini Rövşən Əliyevə xəsarət yetirmiş Masallı rayon sakini Heydər Nuriyev tutulmuşdur
11.07.2009 İyulun 11-də Nizami rayonu M.Qaşqay küçəsindəki 1 nömrəli evin qarşısından Beyləqan rayon sakini Rövşən Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev tutulmuşdur.