Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayon sakini Tural Quluzadə, Bakı şəhər sakini Cəmil Xəlilov dənizdə və Lənkəran şəhər Digah kənd sakini Elman Həşimov su anbarında çimərkən boğulmuşlar

11.07.2009

Saat 20.30 radələrində  Əzizbəyov rayonu Sahil küçəsindəki "Uğur" çimərliyində Xaçmaz rayon sakini Tural Quluzadə dənizdə çimərkən suda boğulmuşdur. Araşdırmalar aparılır.

Saat 20.30 radələrində Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisində Bakı şəhər sakini Cəmil Xəlilov dənizdə çimərkən suda boğulmuşdur. Araşdırmalar aparılır.
Saat 13.00 radələrində Lənkəran şəhəri Osaküçə kəndi ərazisində Digah kənd sakini Elman Həşimov su anbarında çimərkən boğulmuşdur. Araşdırmalar aparılır.