Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində yol-nəqliyyat hadisəsi

09.07.2009

Saat 09.20 radələrində Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində Cəlilabad rayon  sakini İlkin Əzizov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış qəsəbə sakini Rafayel Babayevə məxsus "VAZ-2107" markalı avtomaşına vurmuşdur. Bundan hərəkətə gəlmiş "VAZ-2107" markalı avtomaşınla dayanacaqda dayanmış Maştağa qəsəbə sakinləri Kəmalə Rüstəmova, onun oğlanları İdris, Fərid, Südabə Əliyeva və onun qızları Zəhran, Gövhər və oğlu Murad vurulmuşdur. Nəticədə xəsarət almış qəsəbə sakinləri və İ.Əzizovun sərnişini, Bakı şəhər sakini Seymur Ağakişiyev xəstəxanaya yerləşdirilmişlər. S.Əliyeva orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

09.07.2009 tarixinə olan kriminal məlumatlar