Şəmkir rayonunun Düyərli kənd sakini Tamella İsgəndərovaya məxsus evdə yanğın baş vermişdir
09.07.2009İyulun 10-da saat 01.45 radələrində Şəmkir rayonunun Düyərli kəndində, kənd sakini Tamella İsgəndərovaya məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra T.İsgəndərovanın tüstüdən boğulmuş meyiti tapılmışdır.