Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yalan məlumat vermiş Neftçala rayon sakini Şaiq Məmmədov saxlanılmışdır

07.07.2009

İyulun 8-də saat 11.41 radələrində naməlum şəxs 112 xidmətinə zəng edərək "Qız qalası"na bomba qoyulması barədə məlumat vermişdir. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Görülmüş tədbirlər nəticəsində yalan məlumatın Neftçala rayon sakini Şaiq Məmmədov tərəfindən verilməsi müəyyən edilmişdir. Ş.Məmmədov saxlanılmışdır.