"Əzizbəyov" stansiyasına bomba qoyulması barədə yalan məlumatın Bakı şəhər sakini Xəqani Paşazadə saxlanılmışdır
07.07.2009 İyulun 8-də saat 14.13 radələrində naməlum şəxs "102" Zəng Mərkəzinə zəng edərək metronun "Əzizbəyov" stansiyasına bomba qoyulması barədə məlumat vermişdir. Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Nizami RPİ və Xətai RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində yalan məlumatın Bakı şəhər sakini Xəqani Paşazadə tərəfindən verilməsi müəyyən edilmişdir. X.Paşazadə saxlanılmışdır.