Bayıl qəsəbəsi ərazisində Arif Əkbərov avtomaşını idarə edərkən qəsəbə sakini Firuzə Hüseynovanı vurmuşdur
04.07.2009 Saat 09.50 radələrində Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Əkbərov "VAZ-21010" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Firuzə Hüseynovanı vurmuşdur. Nəticədə F.Hüseynova hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırmalar aparılır.