Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonunun Çaxırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

03.07.2009

Saat 09.30 radələrində Göyçay rayonunun Çaxırlı kəndi ərazisində Ucar rayon sakinləri Samir Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı və Eldəniz Salmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Salmanovun sərnişini, Ucar rayon sakini Marifə Zülfüqarova hadisə yerində ölmüş, xəsarət almış hər iki sürücü və sərnişinlər Toğrul Rəhimov, Ümidə Zülfüqarova, Nüşabə Salmanova, Samirə Bilalova və onun oğlanları Elnur və İsa xəstəxanaya yerləşdirilmişlər. İsa orada ölmüşdür. Göyçay RPŞ tərəfindən araşdırmalar aparılır.