Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

03.07.2009

Saat 02.00 radələrində Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində Xudat şəhər sakini Yalçın Ağamalıyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə xəsarət almış Y.Ağamalıyev və sərnişinləri Elşən Elimov və Abdulağa Hacıyev xəstəxanaya yerləşdirilmişlər. Y.Ağamalıyev orada ölmüşdür. Xaçmaz RPŞ tərəfindən araşdırmalar aparılır.