Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

03.07.2009

Saat 15.00 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində rayon sakini Elnur Lətifovun idarə etdiyi "VAZ-2107" markalı və Xocavənd rayon sakini Dayandur Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə D.Abdullayev hadisə yerində ölmüş, xəsarət almış E.Lətifov və sərnişini, Beyləqan rayon sakini Bəhruz Mirzəyev isə xəstəxanaya yerləşdirilmişlər. Füzuli RPŞ tərəfindən araşdırmalar aparılır.