Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 24 cinayət faktı qeydə alınmışdır

01.07.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.   
  • 25 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.