Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

01.07.2009

Saat 23.25 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, qəsəbə sakinləri Ruslan Şükürovun idarə etdiyi "VAZ-2106" markalı və Rahil Ağayevin idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış R.Şükürov və R.Ağayevin sərnişini, Gürcüstan vətəndaşı Alı Osmanov xəstəxanaya yerləşdirilmişlər. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.