Sabirabad rayon sakini İslam Babaşovun evindən və avtomaşınından narkotik maddə aşkar edilərək götürülmüşdür
28.06.2009Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini İslam Babaşovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 100 qram olan 3 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. İ.Babaşova məxsus "Nissan" markalı avtomaşına baxış zamanı 15,3 qram marixuana aşkar edilərək götürülmüşdür.