Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu Kosmos küçəsində yol-nəqliyyat hadisəsi

27.06.2009

Saat 21.40 radələrində Sabunçu rayonu Kosmos küçəsində Maştağa qəsəbə sakini Əjdər Rəhimov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Nardaran qəsəbə sakini Cəbrayıl Nuriyevə məxsus "Mercedes" markalı avtomaşına çırpmış, sonradan idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Nardaran qəsəbə sakini Arzu Əliyevanı  və Bakıxanov qəsəbə sakini Ruqiyyə Əliyevanı vurmuşdur. Nəticədə xəsarət almış A.Əliyeva, R.Əliyeva, C.Nuriyev və sərnişini, Zabrat qəsəbə sakini Vaqif Quliyev xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

27.06.2009 tarixinə olan kriminal məlumatlar