Nizami rayonunda yaşayan Sevinc Xəlilovanın həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş vermişdir
27.06.2009 Saat 20.55 radələrində Nizami rayonu M.Ə.Sabir küçəsi ev 65-də yaşayan Sevinc Xəlilovanın həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə S.Xəlilova və onun oğlu Kənan yanıq xəsarətləri almışlar. Araşdırmalar aparılır.