Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

23.06.2009

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Samux RPŞ əməkdaşları tərəfindən rayonun meşə təsərrüfatına məxsus sahədən yabanı halda bitmiş, çəkisi 1 ton 925 kiloqram olan 1750 ədəd, DİN BNMİ və Ağsu RPŞ əməkdaşları tərəfindən Kalva kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 863 kiloqram olan 710 ədəd, DİN BNMİ-nin Qərb Bölgəsində Regional Şöbəsi və Göygöl RPŞ əməkdaşları tərəfindən Şəhriyar kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 5 ton 305 kiloqram olan 4823 ədəd, DİN BNMİ və Qəbələ RPŞ əməkdaşları tərəfindən Bayramkoxa kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 8 ton 218 kiloqram olan 10087 ədəd, Nic qəsəbəsi ərazisində yabanı halda bitmiş, çəkisi 2 ton 660 kiloqram olan 2400 ədəd, Zaqatala RPŞ əməkdaşları tərəfindən Əliabad kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2430 kiloqram olan 5750 ədəd çətənə kolları yığılaraq məhv  edilmişdir.

23.06.2009 tarixinə olan kriminal məlumatlar