Xırdalan şəhərində İran vətəndaşı kustar üsulla heroin hazırlayarkən tutulmuşdur
21.06.2009 DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri Nizami küçəsi ev 17 "B"də kirayədə yaşayan İran vətəndaşı Taəti Cəfrudi Əkbər Əziz oğlu kustar üsulla heroin hazırlayarkən tutulmuşdur. Onun evinə baxış zamanı 4 kiloqram 088,726 qram heroin və narkotik vasitənin hazırlanmasında istifadə edilən əşyalar aşkar edilərək götürülmüşdür. Araşdırmalar aparılır.