Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

29.12.2005

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qusar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qusar şəhər sakini Məcid Ağalarov 0,486 qram heroini 200 min manata satarkən tutulmuşdur. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahib Səfərəliyevdən 0,174 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Rüstəmovdan 0,209 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Namaz Hüseynovdan 0,387 qram heroin götürülmüşdür. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nizami Hümbətovdan 0,224 qram heroin götürülmüşdür. Müəyyən edilmişdir ki, narkotik vasitəni ona həmyerlisi, əvvəllər məhkum olunmuş Eyyub İsmayılov 150 min manata satmışdır. E.İsmayılov tutulmuşdur.