Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

21.06.2009

Saat 07.00 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində, İmişli rayon sakini Eldar Namazovun idarə etdiyi "VAZ-2106" markalı və Biləsuvar rayon sakini Sücaəddin Nağıyevin idarə etdiyi "PAZ" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Namazov hadisə yerində ölmüş, xəsarət almış S.Nağıyevə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.