Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır

20.06.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 5 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.
  • 4 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

20.06.2009 tarixinə olan kriminal məlumatlar