"112" Xidmətinə zəng edərək Əzizbəyov rayonundakı binalardan birinə bomba qoyulması barədə yalan məlumat vermiş Nicat Əlizadə saxlanılmışdır
20.06.2009 Saat 13.24 radələrində naməlum şəxs "112" Xidmətinə zəng edərək Əzizbəyov rayonu İstiqlaliyyət küçəsində yerləşən binaya bomba qoyulması barədə məlumat vermişdir. Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı yalan məlumatın Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Nicat Əlizadə tərəfindən verilməsi müəyyən edilmişdir. Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Əlizadə saxlanılmışdır.