Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

19.06.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır ki, onların da 30-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 2 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
  • 15 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.

19.06.2009 tarixinə olan kriminal məlumatlar